Airbus A380

Airbus A380
Tipi sərnişin təyyarəsi
Hazırlayan Airbus
İstehsalçı Fransa Airbus
İlk uçuş 27 aprel 2005
İstismara verilmə tarixi 25 oktyabr 2007 (Singapore Airlines ilə)
Status istifadə edilir
İstismarçılar
İstehsal ili 2005 — h.h
Buraxılış sayı 232
Hazırlanma dəyəri 15 milyard ABŞ dolları
Vahidinin qiyməti 445,6 milyon ABŞ dolları[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Airbus A380Airbus tərəfindən istehsal edilən iki mərtəbəli, geniş gövdəli, dörd mühərrikli təyyarə.[2][3] Dünyanın ən böyük sərnişin təyyarəsi olduğu üçün hava limanı operatorları onu qəbul etmək üçün hava limanında təkmilləşdirmə işləri aparırlar. İlk adı Airbus A3XX idi və təyyarə bazarında Boeing-ə meydan oxuyurdu. Airbus A380 ilk uçuşunu 27 aprel 2005-ci ildə etmişdir. İstismara isə 25 oktyabr 2007-ci ildə Singapore Airlines tərkibində buraxılmışdır. Daha yaxşılaşdırılmış versiyası olan A380plus hələ inkişaf mərhələsindədir.

A380-nin üst hissəsi gövdənin bütün uzunluğu boyunca uzanır. Alt göyərtədən daha dar olsa da, digər geniş gövdəli təyyarələrinin eni ilə müqayisə edilə bilər. A380-800 kabininin 550 kvadrat metrlik istifadə edilən sahəsi,[4] Boeing 747-8-dən 40% çoxdur[5] və tipik üç sinif konfiqurasiyasında 525 sərnişin tutumu mövcuddur. A380-800, 8.500 dəniz mili (15.700 km) dizayn aralığına malikdir. Dünyadakı dördüncü və yeddinci ən uzun dayanmayan reyslərə xidmət edir.

2018-ci ilin noyabr ayından etibarən, Airbus 331 firmadan sifariş aldı və 232 təyyarə göndərdi; Emirates ən böyük A380 müştərisidir. Emirates-in sifariş etdiyi 162 təyyarədən 107-si təslim edilib.[1]

  1. 1 2 "AIRBUS AIRCRAFT 2018 AVERAGE LIST PRICES* (USD millions)" (PDF). Airbus. 15 yanvar 2018. 2018-01-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2018.
  2. "How EADS Became Airbus". 17 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2018.
  3. "Airbus Industrie". britannica.com. 11 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2018.
  4. "Airbus A380 Facts & Figures" (PDF). Airbus. June 2018. 2018-06-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
  5. Kingsley-Jones, Max. "Boeing's 747-8 vs. A380: A titanic tussle". Flight International. 17 February 2006. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2013.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search